Son yeniləmə: 10 May 2024 09:20
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Ankarada tədbir keçirilib
BAYRAQDAR MEDİA – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Ankara Universitetində “Heydər Əliyev və türk dünyası” başlıqlı anım proqramı təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın qardaş Türkiyədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, anım proqramı Azərbaycanın Türkiyədəki səfirliyi və Ankara Universtetinin birgə təşkilatçılığı ilə reallaşıb.
Məlumata görə, Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayan proqramda Ümummilli liderin mənalı həyat yolunu əks etdirən qısa film nümayiş etdirilib: “Ankara Universitetinin rektoru Nəcdət Ünüvar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım və Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov açılış çıxışları ediblər. Natiqlər Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, dahi şəxsiyyətin Azərbaycan və bütün türk dünyası qarşısında xidmətləri barədə danışıblar”.
görə, Ümummilli lideri Gülhanə Hərbi Tibb Akademiyasında müalicə etmiş professor Hayati Bilgiç çıxışında Heydər Əliyevi şəxsən tanımaqdan duyduğu qüruru ifadə edib. O, Ümummilli liderin insani və liderlik xüsusiyyətləri barədə fikirlərini bölüşüb.
Məlumatda, həmçinnin “Paneldə Ankara Universiteti Təhsil Elmləri Fakültəsinin professor Yıldız Dəvəci Bozkuş və Ankara Hacı Bayram Vəli Universitetinin İqtisadi və inzibati elmlər fakültəsinin dosenti Erman Akıllı təqdimatla çıxış edərək Ümummilli liderin Azərbaycanın dövlət quruculuğundakı misilsiz roluna dair geniş məlumat veriblər. Anım tədbiri Ümummilli liderin xatirəsinə həsr olunmuş musiqi proqramı ilə başa çatıb” deyə qeyd edilib.