BAYRAQDAR MEDİA – Mayın 7-də Güney Azərbaycan milli hərəkatının fəalı Cəmşid Əzizi həbs müddətini çəkmək üçün Astara həbsxanasına göndərilib.
Bu barədə xəbəri GünAz.TV verib.
Xəbərdə deyilir ki, “Gilan Əyaləti Birinci instansiya məhkəməsi Güneyli fəal barədə “respublikanın təhlükəsizliyinə qarşı əlbir olub toplaşma” ittihamı ilə 3 il 6 ay və “İran İslam Respublikası sisteminə qarşı təbliğ fəaliyyətləri” ittihamı ilə 7 ay 16 gün həbs qərarı çıxarılıb”.
Cəmşid Əzizi barəsində Əyalət Apellyasiya Məhkəməsinə müraciət olunub. Məhkəmə Birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Milli fəal Abbas Lisani xəbər portalının məlumatında deyilir ki, “Əzizi Astara Məhkəmə İcraçıları Şöbəsində olarkən video paylaşım edərək fiziki vəziyyətində problem olmadığını bildirib”.
Qeyd edək ki, Aprelin 15-də Cəmşid Əzizi saxlanılaraq SEPAH-ın Təhlükəsizlik Şöbəsinə aparılıb. O, 40 gün davam edən istintaqdan sonra təhqiqat bitənə qədər mülk sənədinin qoyuluşu ilə müvəqqəti azad olunub.