Press "Enter" to skip to content

Filmə görə kinorejissor həbs edildi

Məhəmməd Rəsulaf

BAYRAQDAR MEDİA – Tanınmış kinorejissor Məhəmməd Rəsulaf filmə görə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bu haqda xəbəri “Azad İran” Telegram kanalı “Moniban” saytına istinadla verib.

Xəbərdə deyilir ki, “mayın 9-da hüquq müdafiəçisi Babək Pakniya kinorejissorun həbsi barədə məlumat verib”.

Babək Pakniya bildirib ki, “Məhəmməd Rəsulaf film çəkdiyi üçün həbs cəzasına məhkum edilib və məhkəmə həmin filmin ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədi ilə hazırlandığını iddia edib. Qərar Tehran Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb”.

Qeyd edək ki, kinorejissorun “Müqəddəs əncir toxumu” filmi Kann kinofestivalında iştirak şansı qazandıqdan sonra o, İranın fars-molla rejimi tərəfindən həbs edilib.

Mission News Theme by Compete Themes.