BAYRAQDAR MEDİA – Mayın 9-da İran Prezidenti İbrahim Rəisi Qum şəhərinə səfər edib. Səfər zamanı fars-molla rejiminin muzdluları hicab ənənəsi ilə bağlı qadınların kişilərlə bir stadionda olmasını qadağan edən plakatlar hazırlayıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Muzdluların plakatlarında yazılıb ki, “kişilərin stadionunda qadınların olması qadağan edilsin. Kişilərin stadionunda qadınların olması [ali dini lider] Əli Xameneyinin və ağsaqqalların göstərişinə ziddir”.