Press "Enter" to skip to content

Bolqarıstan seçiciləri üçün növbəti xəbər

Bolqarıstan MSK

Son yeniləmə: 10 May 2024 14:33

BAYRAQDAR MEDİA – Bolqarıstanda keçiriləcək seçkilərə hazırlıq davam edir. Bu arada Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Radio Bolqarıstan xəbər verir ki, MSK-nın məlumatına görə, seçicilər üçün hazırkı ünvanda səsverməyə dair müraciət müddəti mayın 25-də başa çatacaq.

Məlumata əsasən, hazırkı ünvanda seçici siyahılarına daxil olmaq üçün ərizə verərkən seçici hər iki seçki növünə – Avropa Parlamentinə və Xalq Assambleyasına seçkilərə səs vermək hüququna malik olduqda hər iki siyahıda qeydə alınır: “Hazırkı ünvanda səsvermə üçün ərizə həm də Regional İnkişaf Nazirliyinin “GRAO” Direktorluğunun https://regna.grao.bg/ internet saytı vasitəsilə elektron şəkildə edilə bilər”.

Mission News Theme by Compete Themes.