Press "Enter" to skip to content

BDU-da vəzifələri tutmaq üçün müsabiqə

Bakı Dövlət Universiteti

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “müsabiqəyə ümumilikdə 136 vəzifə çıxarılıb. Onlardan biri dekan, 22-si kafedra müdiri, 113-ü professor, dosent, baş müəllim və müəllim vəzifəsidir. Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən, 1 ay müddətində, 1996-cı il 07 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir”.

Mission News Theme by Compete Themes.