Press "Enter" to skip to content

Bakıda beynəlxalq konfrans keçiriləcək

Seysmoloji müzakirələr olacaq

BAYRAQDAR MEDİA – AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə 13-15 may 2024-cü ildə Bakıda “Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən verilib.

Bildirilib ki, “üç gün davam edəcək konfransda AMEA rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, eləcə də xarici ölkələrdən 30-a yaxın dünyada tanınmış seysmoloq alim və mütəxəssis iştirak edəcək”.

Məlumata görə, Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri və s. mövzularda müzakirələr aparılacaq.

Qeyd edək ki, konfransın açılış mərasimi 13 may 2024-cü il saat 10:00-da “Radisson Hotel”in “Füzuli” zalında keçiriləcək.

Mission News Theme by Compete Themes.