Press "Enter" to skip to content

Bələdiyyə başqanı gənc üzgüçüləri Antalyaya yola salıb

Mərasimdən xatirə fotosu

Son yeniləmə: 10 May 2024 09:07

BAYRAQDAR MEDİA – Türkiyənin Denizli Böyükşəhər Bələdiyyəsinin başqanı Bülent Nuri Çavuşoğlu Türkiyə Arena Üzmə Federasiyasının 11-12 Yaş Milli İnkişaf Layihəsi Liqasında mübarizə aparacaq Büyükşehir Belediyespor Üzmə Komandası idmançılarını Antalyaya yola salıb.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Bildirilib ki, “ailələrinin də qatıldığı mərasimdə gənc idmançılarla bir araya gələn Bülent Nuri Çavuşoğlu komandaya uğurlar arzulayıb. Daha xoşbəxt, daha dinc və sağlam gələcək üçün idmana və idmançılara dəstək olacaqlarını vurğulayan başqan idmançılar və ailələri ilə Atatürk abidəsi önündə xatirə şəkli çəkdirib”.

Mission News Theme by Compete Themes.