Press "Enter" to skip to content

“AzerGold” geniş müzakirə aparıb

Müzakirə zamanı

BAYRAQDAR MEDİA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “AzerGold”dan məlumat verilib.

Bildirilib ki, “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan cari məsələlər, o cümlədən yeni korporativ strukturun təsdiq edilməsi, investisiya layihələrinin texniki, hüquqi və maliyyə ekspertizasının həyata keçirilməsi və digər mövzular ətrafında geniş müzakirələr aparılıb. İclasda, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə QSC tərəfindən cari ilin ötən dövrü ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəzərdən keçirilib, qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub”.

İclas Müşahidə Şurasının sədri Mətin Eynullayevin sədrliyi ilə keçirilib.

Qeyd edək ki, iclasda Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində yeni sınaq laboratoriyasının fəaliyyətinin təşkili, metal filizlərinin hasilatı və istehsalı bağlı yeni hədəflərin müəyyən olunması da müzakirə edilib.

Mission News Theme by Compete Themes.