BAYRAQDAR MEDİA – Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarının yenidən milli görkəm alması addım-addım həllini tapır. Bəllidir ki, bir neçə ay öncə Xankəndi “Qarabağ” futbol klubunun oyununa ev sahibliyi etmişdi. Bu isə Azərbaycan ictimai rəyində böyük təqdirlə qarşılanmışdı.
İndi isə daha bir xoş xəbər var. Artıq Xankəndinin bir Azərbaycan şəhəri olması Google Maps-də də öz əksini tapıb. İndi bu xəritələrə baxanlar Xankəndidə saxta erməni izlərinə deyil, gerçək türk izlərinə rast gəlirlər. Düzdür, hələ həll ediləcək məsələlər də qalır. Amma şəhərin əsas görüntüsü ilə bağlı gərəkli dəyişikliklər edilib. Ən əsası da odur ki, Xankəndi şəhər stadionunda yazılmış “Qarabağ Azərbaycandır!” şüarı hər kəsi salamlayacaq qədər diqqət çəkir.