BAYRAQDAR MEDİA – Qardaş Türkiyə Milli Müdafiə Universiteti nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “”Xarici tədris gəzintisi” çərçivəsində Azərbaycanda səfərdə olan türkiyəli qonaqlar Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər. HDQ-nin qərargahında keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Daha sonra türkiyəli nümayəndələr MMU-ya gəliblər. Burada qonaqlara Universitetin yaranma tarixi, əsas fəaliyyət istiqaməti, təhsil prosesi barədə brifinq təqdim edilib”.
Görüşdə, həmçinin hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.