Press "Enter" to skip to content

Mühüm tarix ərəfəsində keçirilən görüş

Üzvlük vəsiqəsi təqdim edilərkən

Son yeniləmə: 8 May 2024 12:38

CASCFEN sədri yanında Məşvərət Məclisinin üzvü Fikrət Əliyevə üzvlük vəsiqəsi təqdim edilib

BAYRAQDAR MEDİA – “Xəbər verdiyimiz kimi bu ilin əvvəlində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri yanında Məşvərət Məclisinin formalaşdırılmasına qərar verilib. Artıq Azərbaycanın və digər türk dövlətlərinin ziyalıları, ictimai-siyasi xadimləri, millət vəkilləri, o cümlədən iş adamlarının daxil olduğu Məşvərət Məclisinin formalaşdırılması prosesinin birinci mərhələsi arxada qalıb”.

Bunu açıqlamasında CASCFEN sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.

Görüş zamanı
Görüş zamanı

Onun sözlərinə görə, Məşvərət Məclisinin üzvləri ilə görüşlərə və onlara üzvlük vəsiqələrinin təqdim edilməsinə başlanılıb: “Təşkilatın gənc üzvlərinin də iştirak etdiyi ilk belə görüş türk dünyası sevdalısı, Unity Company şirkətinin təsisçisi Fikrət Əliyevlə oldu. Qeyd edim ki, görüş çox məhsuldar və yaddaqalan oldu. Fikrət müəllim öncə təşkilatın işinə uğurlar arzuladı. O, eyni zamanda gəncləri türk dünyasının gələcəyi üçün atılan hər bir addıma dəstək verməyə, onları bu prosesdə, o cümlədən fəaliyyətini türk dünyasına xidmət üzərində quran CASCFEN-in həyata keçirdiyi tədbirlərdə daha fəal olmağa çağırdı”.

N.Azərinin sözlərinə görə, F.Əliyev bu görüşün Azərbaycan və türk dünyası üçün önəmli bir tarix ərəfəsində keçirilməsini də xüsusi qeyd edib.

Görüşdən xatirə fotosu
Görüşdən xatirə fotosu

F.Əliyev bildirib ki, “Mayın 10-da Azərbaycanın və türk dünyasının görkəmli oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümdür. Bizim görüşümüzün bu tarix ərəfəsinə təsadüf etməsi də önəm kəsb edir. Çünki müasir türk birliyində inteqrasiyasının əsasının qoyulmasında dahi şəxsiyyət Heydər Əliyev misilsiz rol oynayib. Bu gün isə onun siyasətini “Bizim ailəmiz türk dünyasıdır” deyə bəyan edən cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Mən də türk dünyasına xidmət istiqamətində CASCFEN üzvlərinə daha da əzmkar olmağı arzu edirəm”.

N.Azərinin sözlərinə görə, sonra Fikrət Əliyevə Məşvərət Məclisinin üzvlüyünə dair vəsiqə təqdim edilib və xatirə fotosu çəkilib. CASCFEN sədri qeyd edib ki, Məşəvərət Məclisinin digər üzvləri ilə də görüşlər keçiriləcək.

Mission News Theme by Compete Themes.