Son yeniləmə: 8 May 2024 13:52
BAYRAQDAR MEDİA – Özbəkistan Ali Məhkəməsi Türküstanın müstəqilliyi uğrunda mübarizə aparmış Basmaçı (Korbaşı) Hərəkatının üzvlərindən, 1930-1931-ci illərdə həbs edilmiş, sürgün edilmiş və edam edilmiş daha 198 Türküstan ziyalısına bəraət verib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Məhkəmədən verilən açıqlamada 198 ziyalının keçmiş sovet rejimi tərəfindən rejimə qarşı çıxmaqda, silahlı dəstə yaratmaqda, silahlı üsyanda, reydlər təşkil etməkdə və rejimə qarşı olan xarici dövlətlərlə əməkdaşlıqda ittiham olunduğu bildirilib. Özbəkistan Ali Məhkəməsinin sözügedən şəxslərə bəraət hökmü çıxardığını qeyd edib”.
Məlumata görə, daha əvvəl Sovet İttifaqı dövründə Türküstanın müstəqilliyi uğrunda mübarizə aparan Korbaşı Hərəkatının 381 üzvü Özbəkistan ziyalılarının mübarizəsi nəticəsində Özbəkistan Ali Məhkəməsi tərəfindən bəraət alıb.