Press "Enter" to skip to content

Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənilib

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 8 May 2024 13:59

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 8-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, “yaxın günlərdə respublikanın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək”.

Mission News Theme by Compete Themes.