Son yeniləmə: 8 May 2024 16:53
BAYRAQDAR MEDİA – Sinop Tarixi Həbsxanası 3-cü Ayancık Film Festivalında bərpadan sonra qapılarını açır.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Ayancık Film Festivalının qurucu direktoru İzzet Arslan festivalla bağlı təfərrüatları paylaşıb. O, qeyd edib ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kino Ümumi Müdirliyinin dəstəyi ilə Nirengi Mədəniyyət və Sənət Dərnəyinin ev sahibliyi edəcəyi 3-cü Ayancık Film Festivalı bu il mayın 9-dan 12-dək Sinopda keçiriləcək. Festivala Sinop Valiliyi , Sinop Bələdiyyəsi və Sinop Universiteti Ayancık Peşə Yüksekokulu də dəstək verəcək” .
Məlumata görə, festivalın açılış proqramı mayın 9-da Sinop Tarixi Həbsxanasının həyətində olacaq: “Tarixi həbsxananın içərisində bərpadan sonra ilk dəfə olaraq 1980-ci illərin geyimləri, nostalji afişalar, analoq kameralar və Ayancık paltarlarından ibarət qrup sərgisi ilə milli mədəniyyət tədbiri keçiriləcək. Festivalın açılışında “Yüzyılımda Cümhuriyyət” sənədli filminin nümayişi olacaq”.