BAYRAQDAR MEDİA – Mayın 7-da Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycana səfərə gəlib.
Azərbaycan Prezidentinin mətbuat xidməti xəbər verir ki, Baş nazirin səfəri geniş müzakirələrlə müşayiət edilib.
Əvvəlcə ali qonağı Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Tərəflər təkbətək görüş keçiriblər. Ardından da heyətlərarası görüş olub.
Görüşün ardından tərəflər arasında rəsmi sənədlər imzalanıb.
Sonra isə İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış edib.
Sonda Prezident İlham Əliyev qonağın şərəfinə nahar verib.