BAYRAQDAR MEDİA – Yayılan son peyk fotolarında Ərdəbil əyalətinin Fındıqlı meşələrində minlərlə ağacın kəsildiyi görünür.
Bu barədə xəbəri GünAz.TV yayıb.
Xəbərdə deyilir ki, “yaşıllıq zolağının qorunması ilə bağlı tədbirlər görülmədiyinə görə, meşənin sahəsi əvvəlki illərlə müqayisədə kiçilib.”
Məlumata görə, ekofəallar ağac növlərinin kəsilməsi və qaçaqmalçılığının SEPAH-a bağlı qruplar tərəfindən həyata keçirildiyini bildiriblər.