Press "Enter" to skip to content

Qlobal sistemlə bağlı mühüm təsbitlərin yer aldığı kitab

Fahrettin Altunun müəllifi olduğu “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitab Azərbaycan türkcəsində də nəşr edilib

Son yeniləmə: 7 May 2024 09:38

Fahrettin Altun Azərbaycan türkcəsində də işıq üzü görən kitabında qlobal sistemin bir növ xaos yaşadığı günümüzdə Türkiyənin sabitləşdirici və nizam-intizam yaradıcı rolundan bəhs edilib

BAYRAQDAR MEDIA – Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanı Fahrettin Altun həm bir dövlət adamı, həm də araşdırmaçı kimi tanınır. Onun dövrümüzün aktual probelmlərindən bəhs edən araşdırmları və dəyərli kitabları var.

Məlumat üçün bildirək ki, F.Altunun “Modernləşmə nəzəriyyəsi: Tənqidi giriş”, “Türkiyədə mətbuat azadlığı”, “Terrorun kökləri və terrorla mübarizə strategiyası”, “15 iyulda media” və “Millətin zəfəri: 15 iyul” adlı kitabları da işıq üzü görüb.

Həmin kitablardan biri də 2022-ci ildə ABŞ və Böyük Britaniyada fəaliyyət göstərən Academica Press tərəfindən nəşr olunan “Türkiye as a Stabilizing Power in an Age of Turmoil” (Qlobal Xaos Çağında Sabitləşdirici Güc: Türkiyə) adlı kitabdır. Kitabda qlobal sistemlə bağlı mühüm təsbitlər yer alıb. Qlobal sistemin bir növ xaos yaşadığı günümüzdə Türkiyənin tezisləri, sabitləşdirici və nizam-intizam yaradıcı rolundan bəhs edilib.

Onu da qeyd edək ki, Türkiyə ilə yanaşı, ABŞ və İngiltərədə də kitabsevərlərin ixtiyarına verilən həmin kitab Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adı ilə Azərbaycan türkcəsində də nəşr edilib. Mündəricat, 4 fəsil və nəticə bölmərindən ibarət kitabı Azərbaycan türkcəsinə Cavid Vəliyev çevirib.

Kitabın “Beynəlxalq birliyin humanitar yardım sahəsində uğursuzluğu”, “Beynəlxalq təşkilatlaırn uğursuzluğu”, “Dünyada davam etməkdə olan münaqişələr” və “İfrat sağ təmayüllü millətçiliyin, populizmin və islamofobiyanın yüksəlişi” adlı fəsillərində Türkiyənin son 20 ildə qlobal sistemdə oynadığı rol və üzləşdiyi çətinliklərin təhlil edilib. Kitab həmçinin bu kontekstdə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın xarici siyasət baxışının əsas parametrlərini ortaya qoyub.

Müəllifin dərin araşdımaları əsaısnda ərsəyə gətirilən kitabda beynəlxalq sistemin davamlı olaraq böhranlar yaratdığına işarə edilib, sistemin sülh və sabitliyi təmin etməkdən uzaq olduğu vurğulanıb.

Məlumat üçün onu da bildirək ki, F.Altun kitabında regional anlaşmazlıqlar, immiqrasiya və gəlir bölgüsündə ədalətsizlik,o cümlədən kibercinayətlər, iqlim dəyişikliyinə bağlı ekoloji fəlakətlər, aclıq və epidemiyalar kimi yeni təhlükələrin də olduğuna diqqət çəkib.

O, mövcud beynəlxalq sistemin bu çətinliklərin öhdəsindən gəlmək iqtidarında olmadığını, bütün dövlətlərin öz strategiyalarını tərtib edərkən yeni yanaşmaya ehtiyac duyduğunu vurğulayıb.

Bu qiymətli kitabında “böyük-fövqəlgüc” adlandırıla biləcək ölkələrin mövcud beynəlxalq sistem daxilində öz maraqlarını qoruduğunu bildirən müəllif bugünkü beynəlxalq sistemin bütün dünya üçün böyük xərclərə malik olmasına baxmayaraq, böyük güclərin ən çox faydalana biləcəyi şəkildə işlədiyini, qlobal sabitlik və sülh əvəzinə bu güclərin maraqlarının ön planda olduğunu qeyd edib.

Kitabında Türkiyənin beynəlxalq sistemdəki roluna da geniş yer verən Fəxrəddin Altun Türkiyənin milyonlarla qaçqına ev sahibliyi etməklə yanaşı, coğrafi baxımdan uzaq yerlərə də yardım əlini uzatdığına diqqət çəkib.

O, Türkiyənin bütün beynəlxalq aktorlarla əlaqə yaradaraq regional və qlobal böhranlara həll yolları tapmağa çalışdığını, dünyada bərabərsizliklərə qarşı hər zaman ədaləti müdafiə etdiyini vurğulayıb.

Mission News Theme by Compete Themes.