Son yeniləmə: 7 May 2024 09:16
BAYRAQDAR MEDİA – Mayın 6-da xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon danışığı aparılıb.
Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, “telefon danışığı zamanı ATƏT gündəliyində duran məsələlər, eləcə də regional vəziyyət müzakirə edilib. Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb”.
Qeyd edilib ki, telefon danışı zamanı nazir Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmizin məsələlərə yanaşması barədə qarşı tərəfi ətraflı məlumatlandırıb: “Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ATƏT və sədrlik ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.