Press "Enter" to skip to content

Ermənilər artıq özlərini təkzib edirlər

Kirants

BAYRAQDAR MEDİA – Son günlər Ermənistanda baş verən hadisələr bərabərində saxta xəbərlərin çoxalmasını da gətirib. Ermənistan rəhbərliyinin Azərbaycanla normallaşmaya praktik cəhətdən yanaşması iki xalq arasında münasibətlərdəki gərginliyin saxlanılmasında maraqlı olan təxribatçı qüvvələri ciddi narahat edir. Ona görə də ictimai rəyi çaşdırmaq üçün saxta xəbərləri daha sürətlə tirajlayırlar.

Belə xəbərlərdən birində iddia edilir ki, Azərbaycan xüsusi təyinatlıları Ermənistanın Qazaxla həmsərhəd olan Kirants kəndinə yerləşdirilib. Azərbaycan bu məsələyə reaksiya verməmiş Ermənistan Müdafiə Nazirliyi təkziblə çıxış edib.

Ermənistan mediasının mayın 7-də yaydığı xəbərdə deyilir ki, sosial mediada Azərbaycan xüsusi təyinatlılarının Kirants kəndi ətrafında görünməsi ilə bağlı yayılmış görüntülər həqiqəti əks etdirmir. Ermənistan MN sözügedən videodakı görüntülərin Azərbaycanlılara deyil, erməni hərbçilərinə aid olduğunu deyir. Nazirlik eyni zamanda hər kəsi saxta xəbər yaymaqdan çəkinməyə çağırıb.

Qeyd edək ki, Azərbaycan uzun illərdir erməni təbliğat maşınının saxta xəbərlərindən əziyyət çəkib, çəkməkdədir. Ən ağrılısı odur ki, bu saxta xəbər təbliğatını sübut etmək elə də asan olmurdu. Özəlliklə də erməni havadarları bu cür yalan xəbərlərlə silahlanıb Azərbaycanın üzərinə hücuma keçirdilər. İndi isə elə bir zaman gəlib ki, Ermənistan tərəfinin özü belə saxta xəbərləri təkzib etməyə məcbur olur. Yəni anlayırlar ki, artıq bıçaq sümüyə dirənib və Azərbaycana qarşı bu davranış belə davam edə bilməz…

Mission News Theme by Compete Themes.