Press "Enter" to skip to content

Yevlax 1 saylı Mediasiya Təşkilatının 1 yaşı tamam olub

Nigar Hüseynzadə

Son yeniləmə: 6 May 2024 08:50

Nigar Hüseynzadə: Ötən müddət ərzində təşkilata 736 müraciət daxil olub və bunlardan 190-ı barışıq sazişi ilə yekunlaşıb

BAYRAQDAR MEDİA – Yevlax 1 saylı Mediasiya Təşkilatının fəaliyyətə başlamasının 1 ili tamam olur. Bu münasibətlə tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sözügeədn qurumdan məlumat verilib.

Tədbirdə çıxış edən dövlət və ictimai xadimlər, mediatorlar öz təbriklərini çatdırıblar
Tədbirdə çıxış edən dövlət və ictimai xadimlər, mediatorlar öz təbriklərini çatdırıblar

Bildirilib ki, tədbirdə dövlət və ictimai xadimlər, mediatorlar iştirak və çıxış edib.

Mərasimdə açılış nitqi ilə çıxış edən Yevlax 1 saylı Mediasiya Təşkilatının rəhbəri Nigar Hüseynzadə açılış rəhbrəlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib.

Vurğulanıb ki, Yevlax 1 saylı Mediasiya Təşkilatı1 may 2023-cü il tarixindən etibarən fəaliyyətə başlayıb. Məlumata əsasən, Yevlax rayonu üzrə dövlət qeydiyyatına alınmış mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluğunun müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib. Rəyə İdarə Heyətinin iclasında baxılıb. İdarə Heyətinin üzvlərinin fikirləri, Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq İdarə Heyətinin 28 aprel 2023-cü il tarixli qərarı ilə Yevlax 1 saylı Mediasiya Təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və təşkilat barədə məlumatların mediasiya təşkilatları reyestrinə daxil edilməsi qərarı verilib.

Tədbir zamanı
Tədbir zamanı

Beləliklə, Mediasiya Şurası İdarə Heyətinin 28 aprel 2023-cü tarixli qərarı ilə 1 may 2023-cü il tarixindən etibarən vətəndaşlar Yevlax, Ağsu və Ucar rayonları üzrə müraciətlərdə Yevlax 1 saylı Mediasiya Təşkilatına müraciət edə bilirlər.

Nigar Hüseynovanın sözlərinə görə, ötən müddət ərzində Yevlax 1 saylı Mediasiya Təşkilatına 736 müraciət daxil olub ki, bunlardan da 190-ı barışıq sazişi ilə yekunlaşıb.

Çıxışıda o da əlavə edilib ki, Yevlax 1 saylı Mediasiya Təşkilatına bir illik fəaliyyəti dövründə Yevlax İcra Hakimiyyəti, o cümlədən bir sıra dövlət qurumları ilə birgə tədbirlə keçirib. Həmin tədbirlərdə mediasiya islahatları, ölkə ərazisində mediasiya sahəsində gözlənilən yeniliklər və mediasiyanın alternativ həll yolu kimi rolu müzakirə edilib.

Mission News Theme by Compete Themes.