Press "Enter" to skip to content

“YAŞAT” Fondunun şəhid övladları üçün növbəti layihəsi

ASAN xidmət iş başında

BAYRAQDAR MEDİA – Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi Mingəçevir şəhərində “YAŞAT” Fondunun, “ASAN xidmət”in, “İnnovasiyalar Mərkəzi”nin, “Bilim Bakı” mərkəzinin birgə təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə keçirilib.

Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən verilib.

Xəbərdə deyilir ki, “layihə Mingəçevir, Tərtər, Ağdaş, Bərdə, Goranboy, Göyçay, Kürdəmir, Ucar, Yevlax rayonundan olan 6-14 yaş aralığındakı 70-ə yaxın şəhid övladını əhatə edib. İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırılıb, “Bilim şou” nümayiş etdirilib. Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdəndir. Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub”.

Qeyd edək ki, “YAŞAT” Fondu mütəmadi olaraq maarifləndirici layihələr həyata keçirir.

Mission News Theme by Compete Themes.