Son yeniləmə: 6 May 2024 10:46
BAYRAQDAR MEDİA – Mayın 24-də energetika naziri Pərviz Şahbazov Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Bərdə, Zərdab və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 6-da Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “qəbul saat 11:00-dan başlayaraq Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında (ünvan: Ağcabədi şəhəri, H.Əliyevpr. 213A) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndiricişəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, bu elektron poçt ünvanı, Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, bu elektron poçt ünvanı, və Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov: əlaqə telefonu: (050) 509-80-50, bu elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür”.