BAYRAQDAR MEDİA – Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışında iştirak etmək üçün AMEA-nın prezidenti akademik İsa Həbbibəyli, Mərkəzi Elmi Kitabxananın (MEK) direktoru texnika üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov Qubada səfərdə olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “səfər çərçivəsində MEK tərəfindən Mərkəzin Kitabxanasının ilkin bazasının formalaşdırılması məqsədi ilə dəyərli kitablar təqdim edilib. Nəşrlər sırasında “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “Zərifə xanım Əliyeva”, “Nizami Gəncəvi”, “Kitabi – Dədə Qorqud” yazılı epos və ya epopeya (İ.Həbibbəyli), “Heydər Əliyev-xalqa həsr olunmuş ömür”, “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” (N.Mustafa), “Quba qəzasında Azərbaycan xalqına qarşı soyqırımı”, “Bakıda Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı” (V.Abışov), “Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı (1918-1920)” (K.İsmayılov), “Real tarix” (Y.Mahmudov), “Naxçıvan xanlığı”, “İrəvan xanlığı” (F.Əliyev), “Qədim Şərq tarixi” (Y.Yusifov), “Azərbaycan miniatürləri” adlı kitablar, həmçinin MEK tərəfindən ərsəyə gələn “Görkəmli dövlət xadimi Heydər Əliyev”, “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstəricilər də yer alıb”.
AMEA prezidenti H.Hüseynova sözügedən Mərkəzin Kitabxanasının zəruri kitab, monoqrafiya, jurnal və digər elmi informasiya vasitələrilə təmin edilməsi ilə bağlı tapşırıqlar verib.
MEK-in direktoru bundan sonra da kitabxana ilə əlaqələrin daha sıx qurulacağını, zəruri addımların atılacağını vurğulayıb.