Son yeniləmə: 6 May 2024 14:20
BAYRAQDAR MEDİA – Bakıda orta məkətblərin I sinifinə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Vətəndaşların Qəbulu Mərkəzinə və Çağrı Mərkəzinə (146-1) müraciət edən vətəndaşların sualları operativ şəkildə cavablandırılır, valideynlərə müvafiq dəstək göstərilir. Həmçinin bununla bağlı Bakı şəhərindəki ümumi təhsil müəssisələrində yaradılan 27 alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276), 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsində özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara isə köməklik göstərilir”.