Press "Enter" to skip to content

Heyvanlarla bağlı ictimai dinləmə

İctimai dinləmə olacaq

BAYRAQDAR MEDİA – “Heyvanlarla məsuliyyətli davranış haqqında” Azərbaycanın Qanunu layihəsinin hazırlanması ilə bağlı ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, Azərbaycanda heyvanlarla davranış sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin dinlənilməsi və müzakirəsi məqsədi ilə ictimai dinləmə keçirilib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “ETSN tərəfindən təşkil olunan tədbirdə ETSN yanında İctimai Şuranın üzvləri, ekoloqlar, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi və digər maraqlı tərəflər iştirak edib. Görüşdə heyvanlarla davranışda qəddarlıq hallarının və belə hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədi ilə fiziki və hüquqi şəxslər tərəfindən heyvanların saxlanması, onlarla davranış zamanı yaranan münasibətlərin hüquqi əsaslarının müəyyən edilməsi istiqamətində qanunvericilik sistemində yeni təkmilləşdirilmələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb”.

İctimai dinləmədə cəmiyyətdə humanizmin inkişafı və heyvanlarla davranış zamanı məsuliyyətliliyin, eyni zamanda hüquqi şüurun daha da artırılması ilə əlaqədar iştirakçıların fikirləri dinlənilib.

Mission News Theme by Compete Themes.