BAYRAQDAR MEDİA – Güney Azərbaycanlı siyasi məhbus və milli fəal Abbas Lisani şəxsi Telegram kanalında xəbər verib ki, bir çox şəhərlərdə qızıl satıcıları zərgər mağazalarını bağlayıb və kütləvi tətilə başlayıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “qızıl satıcıları tətil keçirməyə davam edir. Zərgərlik mağazalarında tətillər ötən həftədən etibarən Təbriz və Tehran şəhərlərindən başlayıb. İndi isə Urmu, Ərdəbil, Zəncan və Həmədan şəhərlərindəki satıcılar da bu tətilə qoşulub”.
Məlumata görə, qızıl satıcıları fars-molla rejiminin tətbiq etdiyi 25 faizlik vergi qanununa etirazlarını bildirmək üçün bu addımı atır.