Press "Enter" to skip to content

188 mindən çox vətəndaş qəbul edilib

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 6 May 2024 10:45

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-aprel ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 188 min 98 nəfər vətəndaş qəbul edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 6-da DSMF-dən məlumat verilib.

Bildirilib ki, “onların 70 min 830-u pensiya, 45 min 951-i müavinət, 5 min 959-u Prezident təqaüdü, 42 min 873-ü ünvanlı dövlət sosial yardımı, 5 min 677-si fərdi uçot və sosial sığorta, 1 min 506-sı dövlət icbari şəxsi sığorta və 15 min 302-si isə digər istiqamətlərlə bağlı olub”.

Mission News Theme by Compete Themes.