Press "Enter" to skip to content

Turan yolu bu dəfə Yunus Emredən keçdi

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Mayın 3-də Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə qurumun iqamətgahında “Turan yolu – Zəngəzurum” adlı əsərin təqdimatı olub. Unudulmaqda olan dekorativ tətbiqi sənət nümunəsi olan bu əsərlə yanaşı Sərdarlı ailəsinin müəllifi olduğu 50-yə yaxın digər əsərlər də sərgilənib.

Xəbəri BAYRAQDAR MEDİA-ya Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin informasiya mərkəzindən veriblər.

Bildirilir ki, qurumun rəhbəri Lalə Sərdarlı, həmçinin təmsilçiləri İsgəndər və Toğrul Sərdarlılara aid olan sözügedən əsərlər Azərbaycan mədəniyyət tarixində ilk dəfə müvafiq qurumlar tərəfindən uyğun dərəcədə dəyərləndirilərək qeydiyyata alınan dekorativ tətbiqi sənət nümunələridir.

Qeyd edilir ki, tədbirin əsas məqsədi unudulmaqda olan xalq sənəti nümunələrinin çağdaş dövrə qayıdışını təbliğ etmək, vaxtı ilə məqsədli vandallıqla məhv edilmiş Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrimin, mədəni irs incilərinin dekorativ tətbiqi sənət nümunələrində tərənnüm edilməsini təşviq etməkdir.

Tədbirdən görüntü
Tədbirdən görüntü

Tədbirdə çıxış edən qardaş Türkiyənin Yunus Emre İnstitutu Bakı təmsilçiliyinin müdiri Selçuk Karakılıç, Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünas Ziyadxan Əliyev sərginin əhəmiyyətindən danışaraq Sərdarlı ailəsinin yaradıcılığına xüsusi dəyər verdiklərini dilə gətiriblər.

Öz növbəsində Sərdarlı ailəsi adından Azərbaycan Rəssamlar İttifaqının üzvü, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, araşdırmaçı dekorativ tətbiqi sənət ustası İsgəndər Sərdarlı Türkiyə səfirliyinə, bu tədbirə ev sahibliyi edən Bakı Yunus Emre İnstitutuna, eləcə də bütün qonaqlara minnətdarlığını bildirib.

Mission News Theme by Compete Themes.