BAYRAQDAR MEDİA – Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, görkəmli tarzən, Prof. Ramiz Quliyevlə gənclərin görüş-konserti keçirilib.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya “İRƏLİ” İctimai Birliyindən daxil olub.
Tədbir Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Sözügedən Mərkəzin aparıcısı Səmray Əliyevanın moderatorluq edib.
“İRƏLİ”nin layihələrlə iş üzrə katibi, “MədəniyyətimİZ” proqramının koordinatoru Riad Cəbrayılov çıxışında görüşün silsilə hal alacağını qeyd edərək nəzərdə tutulan işlər haqqında geniş məlumat verib.
Daha sonra çıxış edən Mərkəzin direktoru, Əməkdar artist Sahib Paşazadə Ramiz Quliyevin həyat və yaradıcılığından, onun pedaqoji fəaliyyətindən bəhs edib.
Görüşün bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət müxtəlif musiqi nümunələri təqdim olunub.