Press "Enter" to skip to content

Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş

Görüş zamanı

Son yeniləmə: 3 May 2024 10:27

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Qonaq VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfər edib.

Bu barədə BAYARQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Azərbaycanla Ukrayna arasında dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu əlaqələrin sosial sahəni də əhatə etdiyini vurğulayıb. O, ötən dövrdə sosial müdafiə sahəsində, habelə Nazirliklə Ukraynanın Sosial Siyasət Nazirliyi arasında imzalanmış sənədlərin əlaqələrin inkişafında önəmini qeyd edib. Tibbi-sosial reabilitasiya sahəsində əməkdaşlıq təcrübəsindən, sosial xidmətlərin təşkili və bu sahədə standartların hazırlanması ilə bağlı aparılmış təcrübə mübadiləsindən bəhs olunub”.

Məlumata görə, görüşdə, həmçinin son illər Ukraynada müharibədən əziyyət çəkmiş uşaq və gənclərin ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunması sahəsində görülmüş işlər qeyd edilib: “Azərbaycanda aparılan sosial islahatlar, DOST konsepsiyası, sosial sahədə elektronlaşdırma proqramının uğurları, əlilliyi olan şəxslərə göstərilən tibbi-sosial reabilitasiya xidmətləri, habelə son nəsil protezlərlə təminat işləri barədə məlumat verilib. O.Kondratyuk ölkəsi ilə Azərbaycanın əlaqələrinin inkişafından məmnunluğunu, sosial islahatlar prosesində ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Görüşdə sosial sahədə, həmçinin reabilitasiya sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.