BAYRAQDAR MEDİA – Güney Azərbaycanın paytaxtı Təbrizdə ilk dəfə elektrik enerjisindən istifadə 1902-ci ildə başlayıb. Mayın 1-i elektrik enerjisindən istifadəyə başlanılmasının 122-ci ildönümünə təsadüf edir. Bu münasibət ilə ilk Elektrik və İşıq Muzeyi fəaliyyətə başlayacaq.
Bu barədə xəbəri GünAz.TV verib.
Xəbərdə deyilir ki, “İranda bu sahədə ilk olan muzey tanınmış təbrizli kolleksiyaçı və tarixçi Rza Sərabi Aqdəmin təşəbbüsü və vəsaiti hesabına, Təbriz Elektrik Şirkətinin əməkldaşlığı ilə açılacaq”.