Press "Enter" to skip to content

İşə qəbulla bağlı müsabiqə

Son yeniləmə: 3 May 2024 09:21

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı müsabiqə elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.

Bildirilib ki, “müsabiqə aşağıdakı ardıcıllıqla həyata keçiriləcək: Onlayn qeydiyyat, test imtahanı və müsahibə. Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı 2 iyun 2024-cü il tarixində keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin saytında 22 may saat 18:00-dək aparılacaq”.

Məlumata görə, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar): “Kabinet yaradılan zaman pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün direktorların və direktor müavinlərinin müsabiqəsində ödəniş məbləği 100 AZN (ƏDV daxil olmaqla), müəllimlərin müsabiqəsində ödəniş məbləği 80 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.

Şəxsi kabinet yaradıldıqdan sonra imtahanda iştirak etmək üçün DİM-in saytında “Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Namizədlər bu keçidə daxil olmaqla işə qəbul ilə bağlı ümumi məlumat, qaydalar, test imtahanı proqramları ilə ətraflı tanış ola bilərlər”.

Mission News Theme by Compete Themes.