BAYRAQDAR MEDİA – Fars-molla rejiminin idarə etdiyi İranda məşhur sünni din xadimi və Zahidan şəhərinin cümə imamı Mövlanə Əbdülhəmid sünni din mərkəzlərinə qarşı basqıların davam etməsi və məhdudiyyətlər qoyulmasına toxunaraq ayrı-seçkiliyə sərt reaksiya verib.
Bu barədə “Azad İran” Telegram kanalı xəbər verir.
Mövlanə Əbdülhəmid bildirib ki, “ölkədə mövcud olan ayrıseçkilik bizi narahat edir. Qanun hamıya eyni dərəcədə şamil edilməlidir. Hamımız iranlıyıqsa, islami və milli qardaşlıq bir yerdə olanda ədalət və bərabərlik özünü doğrulda bilər”.