Press "Enter" to skip to content

İran 14 günə 70 məhbusu edam etdi

İranın ən yaxşı bacardığı iş - dar ağacı

BAYRAQDAR MEDİA – İran İnsan Haqları Təşkilatı xəbər verib ki, aprelin 16-dan 30-dək İran həbsxanalarında hər beş saatda bir nəfər dar ağacından asılıb.

Bu haqda xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “son iki həftə ərzində ölkədə 70 məhbusun edam hökmü həyata keçirilib. Bununla da cari ildə İranda edam olunan məhbusların sayının 171 nəfərə çatdığı açıqlanıb”.

İran İnsan Haqları Təşkilatının sədri Mahmud Əmiri Müqəddəm İranla diplomatik əlaqələri olan ölkələrin edam dalğasına reaksiya verməli olduqlarını vurğulayıb.

Məlumata görə, 2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla, 4829 nəfər dar ağacından asılıb.

Mission News Theme by Compete Themes.