BAYRAQDAR MEDİA – Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda UNESCO üzvü olan dövlətlərin səfirləri/daimi təmsilçiləri ilə çay süfrəsi arxasında geniş və açıq müzakirələr aparıb.
Bu haqda xəbəri Hikmət Hacıyev mayın 3-də özünün sosial media hesabında paylaşıb.
Hikmət Hacıyev yazıb ki, həmkarlarını Azərbaycanın bölgədə sülhlə bağlı mövqeyi haqqında məlumatlandırıb. O, həmçinin mədəni diplomatiya siyasəti və Azərbaycan mədəni-dini irsinin işğal dövründə Ermənistan tərəfindən məhv edilməsi haqqında danışıb.
Prezidentin köməkçisi yazıb: “Ümumi fikrimiz bu oldu ki, UNESCO bizim hamımıza və bütün beynəlxalq aləmə aiddir. Biz bu qurumu bundan sonra da qorumalı və inkişaf etdirməliyik”.
Hikmət Hacıyev daha sonra qeyd edib: “UNESCO hansısa bir şəxsin əlində alətə çevrilə, yaxud da hər hansı ölkənin “Xarici İşlər Nazirliyi”nin bölməsi səviyyəsinə endirilə bilməz”.