Press "Enter" to skip to content

Gürcüstan Baş naziri ABŞ-yə yerini göstərdi…

İrakli Kobaxidze

BAYRAQDAR MEDİA – Qonşu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin müşaviri Derek Çolle (Derek Chollet) ilə telefon söhbətində bu ölkənin keçmiş səfirinin Tbilisidə qarşıdurmalara rəvac verdiyinə diqqət çəkib.

Bununla bağlı İrakli Kobaxidze mayın 3-də özünün sosial media hesabında paylaşım edib.

Baş nazir yazıb ki, müşavirlə söhbət zamanı 2020 və 2023-cü illərdə Gürcüstanda inqilaba cəhdlər və bu cəhdlərin ABŞ səfiri Kelli Degnan tərəfindən dəstəklənməsi ilə bağlı narahatlığını ifadə edib. Bu inqilab cəhdlərinə xaricdən maliyyə dəstəyi alan QHT-lər də qarışıb.

“Əgər bu inqilablar uğurlu olsaydı Gürcüstanda ikinci cəbhə açıla bilərdi”, – deyə Baş nazir qeyd edib.

İrakli Kobaxidze ABŞ rəsmilərinin Gürcüstanla bağlı əsassız bəyanatlarına da diqqət çəkərək baş verənlərin 2020 və 2023-cü illərdəkinə bənzər olduğunu xatırladıb. O, deyib ki, həmin illərdə də ABŞ səfiri bənzər əsassız bəyanatlar verib. Bu bəyanatların məqsədi xaricdən maliyyələşən qüvvələr hesabına ölkədə qarışıqlıq salıb inqilaba səbəb olmaqdı.

Baş nazir onu da vurğulayıb ki, ABŞ ilə normal münasibətləri bərpa etmək ədalətli və vicdanlı yanaşma olmadan mümkünsüzdür. O, bunu Derek Çolleyə izah etdiyini yazır.

Ən maraqlısı isə İrakli Kobaxidzenin sonuncu cümləsidir: “Mən cənab Çolle ilə söhbətdə Nyu York şəhərində tələbələrin etiraz yürüşlərinə qarşı zorakı basqılarla bağlı narahatlığımı ifadə etmədim”.

Baş nazirin sarkazm dolu bu qeydi o deməkdir ki, ABŞ Gürcüstanla deyil, öz ölkəsinin məsələləri ilə məşğul olsa yaxşıdır.

Yeri gəlmişkən biz də qeyd edək ki, ABŞ-nin Azərbaycandakı keçmiş səfirlərindən olan Riçard Kozlariç də Bakıda ortalığı qarışdırmaq üçün illərdir bənzər şəkildə çalışır. Amma Azərbaycan dövlətinin və onu dəstəkləyən xalqın iradəsi keçmiş səfirin cəhdlərini puça çıxarır…

Mission News Theme by Compete Themes.