Son yeniləmə: 3 May 2024 12:18
BAYRAQDAR MEDİA – Mayın 3-də 7 saylı “ASAN xidmət” mərkəzində “Gələcək üçün bacarıqlar” inkubasiya programının açılış tədbiri keçiriləcək.
Qeyd edək ki, proqram Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyinin “Bilişim Vadisi” mərkəzi tərəfindən birgə təşkil olunur.
Təşkilatçılardan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, apreldə həyata keçirilən müraciətlərin qəbulu mərhələsində 50 yerli startap programda iştirak üçün müraciət edib: “Keçirilən dəyərləndirmələr nəticəsində 10 yerli startap 6 aylıq inkubasiya programına cəlb edilib. Açılış tədbirindən sonra 6 ay müddətində seçilmiş yerli startaplara Türkiyəli peşəkar mentorlar tərəfindən təlimlər veriləcək və proqramın sonunda yerli startaplar investorlar qarşısında çıxış edəcək”.