Press "Enter" to skip to content

Eskişehir yenə fərqləndi

Eskişehir

Son yeniləmə: 3 May 2024 10:27

“Forbes”in apardığı araşdırmaya görə Türkiyənin ən yaşana bilən şəhərləri siyahısında Eskişehir də var

BAYRAQDAR MEDİA – Məşhur iqtisadiyyat jurnalı “Forbes” Türkiyənin ən yaşana bilən 10 şəhərini açıqlayıb. Siyahıda Eskişehir də var.

Məlumatı eskisehir.net saytı yayıb.

Bildirilib ki, “Forbes”in apardığı araşdırmaya görə, Türkiyənin yaşamaq üçün ən əlverişli vilayətləri müəyyən edilib. Araşdırma nəticələrinə görə İstanbul hələ də Türkiyənin ən yaşana bilən şəhərləri sırasındadır. Forbes-in araşdırmasına görə Türkiyənin ən yaşana bilən şəhərləri göstərdikləri nəticələrə görə sıralanmaqla aşağıdakıalrdır. İstanbul, Ankara, İzmir, Tekirdağ, Kocaeli, Antalya, Yalova, Bursa, Eskişehir və Trabzon.

Mission News Theme by Compete Themes.