Press "Enter" to skip to content

Bolqarıstan 2025-ci ilin sonuna kimi OECD-yə qoşulacaq

Dimitar Qlavçev

Son yeniləmə: 3 May 2024 10:29

BAYRAQDAR MEDİA – Bolqarıstanın müvəqqəti Baş naziri Dimitar Qlavçev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) baş katibi Matias Korman ilə görüşüb.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Məlumata görə, Dimitar Qlavçev görüşdən sonra “Bolqarıstana ilk dəfə OECD-yə daxil olmaq üçün müəyyən müddət verilib” deyib.

Görüş qurumun Parisdəki Nzirlər Şurasının İƏİT iclası çərçivəsində olub. Baş nazir görüşdən sonra deyib ki, Bolqarıstan 2025-ci ilin sonuna kimi OECD-yə qoşulacaq.

Məlumatda o da bildirilib ki, OECD komitələrinin Bolqarıstan üzrə ümumilikdə 31 hesabatı qəbul edilib, 26 hesabat qalıb. Baş nazir bəyan edib ki, Bolqarıstan intensiv danışıqlara hazırdır.

Mission News Theme by Compete Themes.