BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Akademik Milli Dram Teatrında olublar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən İnstitutdan daxil olub.
Xəbərdə qeyd edilir ki, “Aİİ tələbələri Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Dəli yığıncağı” tamaşasını izləyiblər. Səhnə əsəri görkəmli yazıçı – dramaturq Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanıb. Tamaşada Xalq artisti – Nurəddin Mehdixanlı, Əməkdar artistlər – Sənubər İsgəndərli, Elşən Rüstəmov, Vəfa Rzayeva və digər aktyorlar çıxış edirlər”.
Sonda ali təhsil müəssisəsinin tələbələri kulisdə səhnə əsərinin yaradıcı heyəti ilə görüşüb, çıxış edən aktyorlarla xatirə fotosu çəkdiriblər.