BAYRAQDAR MEDİA – ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının illik hesabatında 2023-cü ildə dini azadlıqların sistemli və dəhşətli şəkildə pozulması səbəbindən İranı “xüsusi narahatlıq doğuran ölkələr” sırasına yerləşdirmək qərarına gəlinib.
Bu haqda xəbəri GünAz.TV verib.
Qurumun hesabatında deyilir ki, “ABŞ hökuməti dinc nümayişlər və həmkarlar ittifaqı tətilləri vasitəsilə din və əqidə azadlığına can atan iranlılara maliyyə və texniki dəstək üçün lazımi icazələri versin”.
Xəbərdə deyilir ki, “Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyası 1998-ci ildə Beynəlxalq Dini Etiqad Azadlığı Aktı əsasında yaradılmış ABŞ federal hökumətinin müstəqil agentliyidir. Bu komissiyanın yaradılmasında məqsəd Amerika Birləşmiş Ştatlarının xarici siyasətinin əsas elementi kimi dini etiqad azadlığı məsələlərində insan haqlarını təşviq etməkdir”.