Press "Enter" to skip to content

3 may – Türkçülər Günü

Hüseyn Nihal Atsız və tərəfdarları

Son yeniləmə: 3 May 2024 09:22

Türkiyədə türk millətçiliyinin yüksəlişinin simvolik tarixi

BAYRAQDAR MEDİA – Artıq uzun illərdir ki, 3 may tarixi qardaş Türkiyədə qeyri-rəsmi olaraq Türkçülər günü kimi qeyd edilir. Məlumat üçün bildirək ki, ilk dəfə 1945-ci il mayın 3-də 10 məhbus tərəfindən qeyd edilən 3 May – Türkçülər Günü zamanla ənənə halını alaraq hər il mayın 3-də qeyd olunmağa başladı.

Kırım Haber Ajansının məlumatına görə, 3 May Türkçülər Günü Türkiyədə türk millətçiliyinin yüksəlişinin simvolik tarixi kimi tanınır.

Bildirilir ki, Türkçülər Gününün yaranması 3 may 1944-cü ildə Sabahattin Alinin Hüseyn Nihal Atsıza qarşı iddiası əsasında gedən məhkəmənin iclasından sonra baş verib: “7 sentyabr 1944-cü ildə başlayan və 29 mart 1945-ci ilə qədər davam edən, Türkiyə siyasətində 23 tanınmış simanın irqçilik-turançılıq ittihamı ilə mühakimə olunduğu prosesin adı İrqçilik-Turançılıq Davasıdır. Türkçülük-Turançılıq davasının səbəblərindən biri kimi göstərilən Hüseyn Nihal Atsız-Sabahattin Ali davasının dinlənilməsindən sonra baş verən “Ankara nümayişi”ni xatırlamaq üçün 3 may 1944-cü ildə Nihal Atsız, Zeki Velidi Toğan, Nejdet Sançar və Reha Oğuz ilk dəfə 3 may 1945-ci ildə Tophane Hərbi Həbsxanasında qeyd edilib. Sonrakı illərdə də davam edən toplantılar də Türkçülük Günü adı ilə keçirilib”.

Mission News Theme by Compete Themes.