Press "Enter" to skip to content

Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr

Görüş zamanı

Son yeniləmə: 2 May 2024 11:54

BAYRAQDAR MEDİA – Bakıda Azərbaycan Respublikası ilə Avstraliya İttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məsləhətləşmələr zamanı Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Avstraliyanın nümayəndə heyətinə isə Xarici İşlər və Ticarət Departamentinin inkişaf, çoxtərəfli və Avropa qrupunun katibinin müavini Rod Brazier rəhbərlik edib: “Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. Nazir müavini Elnur Məmmədov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa, quruculuq işləri, habelə minaların təmizlənməsi prosesi haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb”.

Məlumatda deyilir ki, siyasi məsləhətləşmələr zamanı həmçinin 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı vurğulanıb: “Görüşdə həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub”.

Mission News Theme by Compete Themes.