BAYRAQDAR MEDİA – ABŞ Ədliyyə Departamenti Texas ştatında 40 yaşlı iki kişinin on minlərlə dolları qanunsuz olaraq fars-molla İranının ali rəhbəri Əli Xameneyinin ofisinə köçürdüklərini etiraf etdiyini açıqlayıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “onlar 2018 və 2019-cu illərdə həmin məbləği xüms və Yəmən xalqına yardım adı altında İrana göndəriblər. Ədliyyə Departamenti bildirib ki, təqsirləndirilən Məzməl Zeydi və Asim Nəqəvi hakim qarşısında qəsdçilik etdikləri və Fövqəladə Beynəlxalq Vəziyyətdə İqtisadi Səlahiyyətlər Qanununu (The International Emergency Economic Powers Act – IEEPA) pozduqlarını qəbul ediblər”.