BAYRAQDAR MEDİA – Mayın 3-ü saat 11:00-da Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) eyniadlı sərginin açılışı olacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə qeyd edilir ki, “sərgiyə universitetlərin humanitar fakültələrinin tələbə və müəllimləri, arzu edən hər kəs dəvətlidir. Tədbir müddətində sərgidəki kitablar haqqında ətraflı məlumat veriləcək, eyni zamanda qonaqlar MEK-lə də yaxından tanış olma imkanı əldə edəcəklər”.