Press "Enter" to skip to content

Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş sərgi

Sərgi

BAYRAQDAR MEDİA – 3 May Türk Dünyasının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “sərgidə MEK-in fondlarında Türk dünyası ədəbiyyatının inciləri: “Heydər Əliyev Atatürk haqqında”, “Atatürk və Əhməd Ağaoğlu” (Vilayət Quliyev), “Türkdilli xalqların diasporları”, “Azerbaycan siyasi düşünce tarihi ve Mirza Bala Mehmetzade 1898-1959”, “İstiklal Harbimiz” (Kazım Karabekir), “Türk tarihi üzerinde toplamlar”, “Bozkurtlar”, “Türkçülüyün qurbanları”, “Rusiyadakı türklər”, “Mən kiməm?” (Əhməd Ağaoğlu), “Türkçülüyün əsasları” (Ziya Gökalp), “3 Mayıs Türkçülər Günü”, “Türküstan-Turan: geostrategiya siluetləri” (Туркестан – Туран: силуэты геостратегии. Рустам Жангожа) və digər nəşrlər yer alıb”.

Daha sonra xəbərdə, “sərgidə, həmçinin milli istiqlal məfkurəsinin memarı Əli bəy Hüseynzadənin 1907-ci ildə yazdığı “Siyasəti-fürusət” başlıqlı oçerkləri sərgilənir. Bundan əlavə, sərgidə Rusiya, Qafqaz və Orta Asiyadakı Türk xalqlarının keçmişi, bu günü, siyasi, sosial, mədəni həyatları haqqında bir sıra araşdırmaların müəllifi, Prof. Nadir Devletin türk dünyasının böyük düşüncə adamı olan İsmayıl Qaspıralı haqqında yazdığı “İsmail Bey (Gaspiralı)” kitabı da var” deyə bildirilir.

Qeyd edək ki, sərgi iki həftə davam edəcək.

Mission News Theme by Compete Themes.