BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində qardaş Türkiyənin Trabzon Sənət Teatrı Bakı tamaşaçılarının qonağı olacaq.
Bu haqda sözügedən İttifaqın yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “6, 7 mayda Teatrın yaradıcı heyəti “Neytral zona” (Firuz Mustafa) tamaşası ilə Teatr Xadimləri İttifaqının səhnəsində çıxış edəcək”.
Qeyd edək ki, tamaşa saat 19:00-da başlayacaq.