Press "Enter" to skip to content

Müxtəlif turların təşkil edilməsi vacibdir

Panel iclası

Son yeniləmə: 2 May 2024 12:50

BAYARQDAR MEDİA – “Üzv ölkələr arasında turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədilə müxtəlif turların təşkil edilməsi vacibdir”.

Bu barədə Bakıda keçirilən “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nda bildirilib.

BAYRAQDAR MEDİA xəbər verir ki, Forum çərçivəsində “İƏT region üzrə birgə tur paketlərin hazırlanması və həyata keçirilməsi” üzrə panel sessiyası olub. Sessiyada üzv ölkələr arasında turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədilə müxtəlif turların təşkil edilməsi məsələsi müzakirə olunub.
Məluama görə, müzakirələrdə təkliflər də dilə gətirilib: “İstanbul, Buxara, Səmərqənd, Xivə kimi İpək Yolu üzərində yerləşən qədim şəhərləri birləşdirən çoxtərəfli turların, eləcə də tarixi məscidlər, bazarlar və ənənəvi sənətkarlıq nümunələrinin sərgiləndiyi muzeylər daxil olmaqla üzv ölkələrin zəngin mədəni irsini tanıtmaq məqsədi daşıyan, əsasən qonşu olan iki üzv ölkə arasında ikitərəfli turların təşkil edilməsi haqqında təkliflər səsləndirilib”.

Məlumata görə, bundan başqa İƏT-in turizm paytaxtı seçilmiş şəhərlərini – Düşənbə (2021), Sari (2022), Ərdəbil (2023), Şəxrisəbz (2024), Ərzurum (2025) və Şuşanı (2026) birləşdirən turların, üzv ölkələrin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına düşən maddi mədəni irs nümunələrini əhatə edən turların, həmçinin haykinq, trekinq, kempinq üçün əlverişli təbiət turizminin imkanlarının təbliğ edildiyi və əyləncə turizmi üzrə turların təşkil edilməsi haqqında müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.