Press "Enter" to skip to content

İƏT-in Birinci Turoperatorlar Forumu

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 2 May 2024 11:58

Kənan Qasımov: Forum İƏT regionu üzrə turizm sənayesinin nümayəndələri arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir

BAYRAQDAR MEDİA – “2-3 may tarixlərində Bakıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu” keçirilir”.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 2-də Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, “görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Türkiyə, İran və Pakistan daxil olmaqla təşkilatın 9 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm sənayesi nümayəndələri iştirak edir”.

Kənan Qasımov
Kənan Qasımov

Məlumata görə, tədbirdə Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov çıxış edib: “Kənan Qasımov forumun İƏT regionu üzrə turizm sənayesinin nümayəndələri arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini, üzv dövlətlər arasında turizm üzrə bilik və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı tanıtım və təbliğat tədbirləri üçün mühüm platforma olduğunu qeyd edib”.

Dövlət Turizm Agentliyi və İƏT arasında əlaqələr inkişaf edir

O, həmçinin Dövlət Turizm Agentliyi və İƏT arasında əlaqələrin inkişafını diqqətə çatdırıb: “Natiq çıxışında  2023-cü ilin dekabr ayında Bakının “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”nə uğurla ev sahibliyi etdiyini vurğulayıb”.

Xəbərdə deyilir ki, sonra İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Xusrav Noziri çıxış edib: “O, çıxışında forumun təşkilata üzv dövlətlərin tur operatorlarının şəbəkəsinin gücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd edərək bu təşəbbüsün reallaşmasına verdiyi dəstəyə görə Dövlət Turizm Agentliyinə təşəkkürünü bildirib”.

Xusrav Noziri: Tur operatorlar arasında əlaqələrin inkişaf etdirilməsi yeni turizm məhsulları və marşrutlarının yaranmasına töhfə verəcək

Vurğulanıb ki, Xusrav Noziri tur operatorlar arasında əlaqələrin inkişaf etdirilməsinin yeni turizm məhsulları və marşrutlarının yaranmasına töhfə verəcəyini deyib: “O, eyni zamanda, bu əlaqələrin yalnız təşkilatdaxili deyil, həm də qlobal olaraq regionunun zəngin mədəni, təbii və tarixi sərvətlərinin tanıdılması üçün önəmli imkanlar ehtiva etdiyini bildirib. Baş Katib təşkilatın 2025-ci üzrə strategiyası çərçivəsində dövlət-özəl tərəfdaşlığının təşviqinə dəstək mexanizmi kimi İƏT-in Turizm Agentlikləri Federasiyasının yaradılmasını təklif edib”.

Xusrav Noziri
Xusrav Noziri

Məlumata əsasən, tədbir çərçivəsində “İƏT regionunda turizm: imkanlar və problemlər” açılış sessiyasından sonra “İƏT region üzrə birgə tur paketlərin hazırlanması və həyata keçirilməsi”, “Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının dəstəyi ilə Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Türkiyədən Azərbaycana mütəmadi tanışlıq səfərlərinin təşkili”, “Yaxın Şərq və Qərbi Asiya boyunca İpək Yolları: təşkilati baxımından tarixi İpək Yolu nəqliyyat marşrutunun yenidən qurulması” mövzularında panel müzakirələr keçiriləcək. Tədbirin ikinci günündə yerli və xarici turoperatorların iştirakı ilə B2B (biznesdən-biznesə) formatlı qarşılıqlı əməkdaşlıq görüşləri təşkil ediləcək, tədbirin yekunlarına dair müzakirələrin aparılması məqsədilə dəyirmi masa keçiriləcəkdir”.

Mission News Theme by Compete Themes.